Kansler Putini öyrənir


Dünya 05 Dek 2022 08:40:00 110 0

Kansler Putini öyrənir

Almaniya kansleri Olaf Şolts Rusiya lideri haqqında kitablar və onun öz məqalələrini oxuyaraq Vladimir Putinin təfəkkürünün mahiyyətini və məntiqini öyrənir.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Almaniyanın "Şpigel" qəzeti məlumat yayıb.

Materialda Avropa yazıçılarının Putinin xarici və daxili siyasəti ilə bağlı əsərləri, həmçinin prezidentin özünün 2021-ci ilin iyulunda yazdığı "Ruslar və ukraynalıların tarixi birliyi haqqında" məqaləsi xatırladılıb:

"Kansler Putinin kimə qulaq asdığını, hansı ədəbiyyatın Kreml rəhbərinə təsir etdiyini, onun siyasətinin hansı nəzəri konsepsiyaya əsaslandığını öyrənməyə çalışır".