"Bayden Ukraynadakı savaşı qəsdən uzadır"


Dünya 28 Noy 2022 08:40:00 94 0

"Bayden Ukraynadakı savaşı qəsdən uzadır"

ABŞ Prezidenti Co Baydenin administrasiyası iqlim gündəmindən istifadə edir və Ukraynadakı münaqişəni maddi mənfəət əldə etmək üçün qəsdən uzadır, bununla da amerikalılara zərər verir.

Son.az axar.az-a istinadən bildirir ki, bunu "Foks Nyus"un aparıcısı Taker Karlson deyib.

"Bu siyasi kursların heç biri Amerika xalqının xeyrinə deyil. Bunlar enerji xərclərini artırmaq, hazırda hakimiyyətdə olan insanları gücləndirmək və təbii ki, onları zənginləşdirmək üçün nəzərdə tutulub", - o bildirib.

Karlson qeyd edib ki, Baydenin "dəli strategiyası" yalnız Amerika iqtisadiyyatının məhvinə gətirib çıxarır, çünki orta təbəqə yüksək enerji qiymətləri səbəbindən yoxsullaşır:

"Ölkəmizin bütün rifahı enerjidən asılıdır. Bizim istehlak iqtisadiyyatımız onun üzərində qurulub. Bahalı enerji iqtisadiyyatımızı məhv edir - insanlar getdikcə yoxsullaşır, hətta bəziləri öləcək. Bu, təxmin deyil. Hər şey belə olacaq".