Şolts: “Rusiya qalib gələ bilməz”


Dünya 27 Noy 2022 17:27:00 150 0

Şolts: “Rusiya qalib gələ bilməz”

Almaniya kansleri Olaf Şolts əmindir ki, bütün Qərb dövlətləri tərəfindən dəstəklənən Ukraynaya qarşı müharibədə Rusiya qalib gələ bilməz.

Son.az APA-ya istinadən bildirir ki, kansler bunu Brandenburq ştatının Kottbus şəhərində keçirilən konfransda deyib.

"Almaniya və digər tərəfdaş ölkələrin Ukraynaya dəstəyini nəzərə alsaq, getdikcə daha aydın olur ki, Rusiya bu müharibədə nəinki qalib gəlməməli, hətta qalib gəlməyəcək", - Şolts bildirib.

Kansler həmçinin Ukraynaya maliyyə, humanitar və hərbi-texniki yardımlara "lazımı qədər" dəstək veriləcəyini deyib.