Yataq üzlərini gecgec yumaq ölümcül


Digərləri 26 Noy 2022 23:05:00 104 0

Yataq üzlərini gecgec yumaq ölümcül

Çirkli yataq dəsti təhlükəli, ölümcül mikroorqanizmlərin rezervuarına çevrilir.

"Medicina" xəbər verir ki, müxtəlif elmi tədqiqatlar yataq ağlarının çox qısa müddətdə təhlükə mənbəyinə çevrildiyini bildirir. Bu patogenlər isə bir neçə ağır xəstəliyin kökü ola bilər.

Belə ki, çirkli, gec dəyişilən yaraq ağları pmevnoniya, astma, appendisit, qonoreya kimi xəstəliklərin inkişafı ilə əlaqəli ola bilər.

"Hər gecə yuxuda insan bədəni, orqanizmi tər maye, yağ və ölmüş dəri hüceyrələrini xaric edir. Bunlar isə toz gənələri və bakteriyalar üçün yemdir.

Gənələr yataqda çoxalaraq toksin və nəcis xaric edir, bunlar mikroskopla görülür. Bu maddələr rinit, ekzema, astma, allergiyaya səbəb olur.

Ona görə yataq üzləri, ağları, dəsti həftədə 2 dəfə dəyişdirilməli və onlar digər geyimlərdən ayrı yuyulmalıdır. Xəstə və yaşlı adamların yataq ağları hər gün dəyişdirilməlidir.