Bu qızı görənlərdən dərhal polisə zəng etmələri xahiş olunur


Digərləri 27 Dek 2022 13:17:00 622 0

Bu qızı görənlərdən dərhal polisə zəng etmələri xahiş olunur

Xəzər rayonu Binə qəsəbəsində yaşayan Misir Həsənov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, 24.12.2022-ci il tarixində onunla birlikdə yaşayan qızı 1998-ci il təvəllüdlü qızı Zeynurə evdən çıxıb və bir daha geri qayıtmayaraq itkin düşüb. Zeynurə Misir qızının əlamətləri: boyu 1.55 santimetr, gözlərinin və saçlarının rəngi qaradır. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar və boz rəngli köynək olub.

Zeynurə Misir qızı haqqında məlumatı olanlardan 012-590-72-03 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.