Bu gün bütün yunan tanrılarının adlarına Azərbaycanda toyxanalar var


Digərləri 27 Dek 2022 13:34:00 544 0

Bu gün bütün yunan tanrılarının adlarına Azərbaycanda toyxanalar var

Bakının mərkəzində adların 95 faizi kənar dillərdədir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

O qeyd edib ki, dil haqqında qanun nəzərə alınmır.

Deputat vurğulayıb ki, lisenziya verən adam da icazəni verərkən ada diqqət etməlidir. "Bu gün bütün yunan tanrılarının adlarına Azərbaycanda toyxanalar var. Toyxanada toy edən adam bilməlidir, bu toyxananın adını daşıyan xanım hansı əxlaqın sahibi olub. Övladını oradan gəlin köçürmək onun əxlaqına uyğundur ya yox. Dil məsələsi son dərəcə mühümdür. Bizdə dilimizi zibilləyən kifayət qədər müəssisələr var. Biri də bu qanunu yaradanlardır. Biz öz sözlərimizi axtarıb qanunlara daxil etməliyik. Dilimizi müstəmləkə dilinə çevirməyək", - deyə o əlavə edib.