Polis məmuru və oğlu ÖLDÜ


Dünya 26 Noy 2022 21:59:00 94 0

Polis məmuru və oğlu ÖLDÜ

Türkiyədə dəhşətli yol qəzası baş verib.

Son.az musavat.com-a istinadən bildirir ki, qəza zamanı ata və avtomobilin sürücüsü olan oğlu dünyasını dəyişib.

Əskişəhərin Seyitqazi rayonunda meydana gələn yol qəzasında ölən ata polis məmuru olub.

Yol kəsişməsində baş verən qəza nəticəsində avtomobilin ön oturacağında olan polis əməkdaşı Ercan Sarı hadisə yerində dünyasını dəyişib. Onun avtomobilin sürücüsü olan 19 yaşlı oğlu Yakup Efe Sarı, arxa oturacaqda sərnişin olan həyat yoldaşı Zeynep Sarı və qızı Elif Zeycan Sarı yaralanıb. Hadisə yerinə gələn 112 Təcili Xidmət qrupları tərəfindən ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Sarı ailəsinin üzvlərinə tibbi yardım göstərilib.