Cinsi istismar olunan qadın ərini öldürüb soyuducuda saxladı


Dünya 25 Noy 2022 12:59:00 123 0

Cinsi istismar olunan qadın ərini öldürüb soyuducuda saxladı

Braziliyada məişət zorakılığının qurbanı olan qadın ərini döyərək öldürüb.

Son.az lent.az-a istinadən xəbər verir ki, qətli törədən qadın həyat yoldaşının meyitini soyuducuda saxlayıb. 

40 yaşlı Klaudiya Tavares Hekler əri Valdemirin onu illərdir vəhşicəsinə təhqir etdiyini etiraf edib.

Noyabrın 21-də Klaudiya Laserdopolis şəhərindəki polis bölməsinə gələrək qətli törətdiyini etiraf edib. 

Qadının evində axtarış aparan polis Valdemiri soyuducuda donmuş vəziyyətdə tapıb. 

İlkin məlumata görə, kişi kəllə-beyin travmasından dünyasını dəyişib.

Qatil bir həftə qaçmağı düşündüyünü, lakin sonda polisə təslim olmaq qərarına gəldiyini bildirib. 

Qadın 23 ildir evli olduqları zorakılıq edən ərinin onu daim döydüyünü və cinsi istismara məruz qoyduğunu deyib.