Rusiya 9 ayda müharibəyə bu qədər xərcləyib


Dünya 25 Noy 2022 10:58:00 77 0

Rusiya 9 ayda müharibəyə bu qədər xərcləyib

Ukraynada müharibənin 9 ayı ərzində Rusiyanın hərbi xərcləri təxminən 82 milyard dollar təşkil edib ki, bu da ölkənin illik büdcəsinin 1/4-ni təşkil edir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Bildirilib ki, 2021-ci ildə Rusiyanın büdcə gəlirləri 340 milyard dollar təşkil edib.

Ən böyük xərclər ordunun təminatı (28,7 milyard), itirilmiş texnika (20,8 milyard) və hərbçilərin maaşları (15,6 milyard) ilə bağlı olub.