Rusiyada LGBT təbliğatı qanunla


Dünya 24 Noy 2022 22:02:00 97 0

Rusiyada LGBT təbliğatı qanunla

Bu gün Rusiyada LGBT təbliğatını qadağan edən qanun qəbul edilib.

Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və cinsi dəyişmək istəyinə səbəb ola biləcək məlumatların təbliğatını qadağan edən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Məlumata görə, sənəddə həmçinin LGBT-lər haqqında məlumatların mediada, internetdə, reklamda, ədəbiyyatda və kinoda yayılması qadağan olunub.

Belə ki, filmdə qeyri-ənənəvi cinsi münasibətləri və üstünlükləri təbliğ edən materiallar varsa, ona yayım sertifikatının verilməsinə qadağa qoyulacaq.

Sənəddə uşaqların ödənişli xidmətlər üzrə LGBT məlumatlarını dinləmək və ya onlara baxmaq imkanlarını məhdudlaşdıran mexanizmin tətbiqi də nəzərdə tutulur.