Hakim Halil Sezaiyə həbs hökmü oxudu


Dünya 24 Noy 2022 22:16:00 125 0

Hakim Halil Sezaiyə həbs hökmü oxudu

Məhkəmə türkiyəli məşhur müğənni Halil Sezaiyə konsertində qonşusu Hüseyn Meriçini təhqir etdiyinə görə hökm oxuyub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, o, 4 ay 25 gün müddətinə həbs olunacaq.

Qeyd edək ki, H.Sezai  2020-ci ilin sentyabrında Tuzla şəhərində verdiyi konserti zamanı H. Meriçi döydüyünə görə 1 il 11 ay 17 gün həbs cəzası alıb. Sonra isə konsertlərinin birində, - "Mən onu düzgün döyə bilmədim. İnşallah, növbəti dəfə", - dediyi üçün üçün "ictimai təhqir" maddəsi ilə yenidən iş açılıb.