Məktəbli qızı betonqarışdıran maşın vurub öldürdü VİDEO


Dünya 23 Noy 2022 03:22:00 95 0

Məktəbli qızı betonqarışdıran maşın vurub öldürdü  VİDEO

Moskvada 10 yaşlı məktəbli qızın betonqarışdıran maşın tərəfindən vurulma anı kameraya düşüb.

Son.az bildirir ki, kadrları REN TV yayıb.

Videoda KamAZ-ın piyada keçidində yolu keçən qızı necə vurduğu görünüb.

Hadisə noyabrın 21-də səhər tezdən Rodnikova küçəsində, avtobus dayanacağının yanında baş verib. Həmin yerdə işıqforun olduğu bildirilib. Amma işıqfor işləməyib. Toqquşma nəticəsində uşaq yerindəcə keçinib.

Baş verənlərə münasibət bildirən sürücü havanın qaraldığını və 3-cü sinif şagirdini görmədiyini bildirib.