Səudiyyədə milli bayram


Dünya 22 Noy 2022 21:23:00 124 0

Səudiyyədə milli bayram

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud milli komandanın Qətərdə keçirilən dünya çempionatında Argentina yığması üzərində qələbəsindən sonra noyabrın 23-nü milli bayram elan edib.

Sabah bütün dövlət və özəl sektorda çalışanlar üçün istirahət günü olacaq. Tələbələr də dərslərdə iştirak etmək məcburiyyətində deyillər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi C qrupunun ilk turunda Argentinanı 2:1 hesabı ilə məğlub edib.