Müəllimin kimya dərsində təcrübəsi partlayışla nəticələndi: 12 yaralı VİDEO FOTO


Dünya 22 Noy 2022 18:48:00 92 0

Müəllimin kimya dərsində təcrübəsi partlayışla nəticələndi: 12 yaralı  VİDEO  FOTO

Avstraliyada kimya dərsində elmi təcrübə zamanı partlayış olub. Nəticədə 12 nəfər xəsarət alıb. Onlardan 11-i uşaqdır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Sidneydə baş verib.

Uşaqlar tibb müəssisəsinə yerləşdiriliblər, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Həkimlər zərərçəkmişlərə döş qəfəsinin, üz və ayaq nahiyəsinin yanığı diaqnozu qoyub. Müəllim səthi yanıq xəsarətləri alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.