Pekində koronavirusa görə parklar,


Dünya 22 Noy 2022 12:20:00 97 0

Pekində koronavirusa görə parklar,

Pekində yeni növ koronavirus (COVID-19) infeksiyasının növbəti dalğasının yayılması ilə əlaqədar parklar, ticarət mərkəzləri və muzeylər bağlanıb.

Son.az APA-ya istinadən bildirir ki, paytaxtda 1 438 yeni yoluxma halının qeydə alındığı, bazar günü isə yoluxanların sayının 962 nəfər təşkil etdiyi bildirilib.

Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar paytaxt sakinlərinə evdə qalmaq çağırışı edilib, şəhərlərdə əhali arasında kütləvi testlər davam etdirilir.

Ölkədə COVID-19 ilə əlaqəli iki yeni ölüm halının qeydə alındığı da açıqlanıb.

Uhanda isə sakinlərə yalnız iş və ev arasında səyahət etməklə bağlı xəbərdarlıq edilib.