Albaniyada daşqınlar: 2 nəfər ölüb, onlarla insan


Dünya 22 Noy 2022 08:17:00 55 0

Albaniyada daşqınlar: 2 nəfər ölüb, onlarla insan

Albaniyada daşqınlara səbəb olan leysan yağışları nəticəsində iki nəfər həlak olub, hərbçilər təhlükə altında olan yaşayış məntəqələrindən 130 nəfəri təxliyə ediblər.

Son.az "Report"a istinadən bildirir ki, Skadar rayonunda (Albaniyanın şimal-qərbində) içərisində üç nəfərin olduğu avtomobil su axınına düşüb. 14 yaşlı qız yerli sakinlərin köməkliyi ilə avtomobildən düşə bilib, onun qardaşı və atasını güclü su axını aparıb, onların meyitləri sonra hadisə yerinin yaxınlığında aşkarlanıb.

Hökumət təbii hadisəyə qarşı mübarizəyə ölkənin silahlı qüvvələrini cəlb edib. Hazırda alban hərbçiləri bütün Skadar rayonunun yaşayış məntəqələrinin sakinlərini təxliyə edirlər. Zərər çəkmiş bölgəyə 100-ə yaxın hərbçinin və xüsusi texnikanın cəlb olunduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl qonşu Serbiyada çoxlu yağıntı səbəbindən daşqınlar baş verdiyi bildirilib, bununla əlaqədar ölkənin bir sıra regionlarında fövqəladə vəziyyət elan edilib.