Kanadada qətllərin sayında antirekord


Dünya 22 Noy 2022 08:28:00 124 0

Kanadada qətllərin sayında antirekord

Kanadada 2021-ci ildə qətllərin sayında antirekord qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kanadanın Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, 2021-ci ildə 788 qətl hadisəsi baş verib ki, bu da 1991-ci ildəki rekordu üstələyib. Həmin vaxt ölkədə 754 qətl qeydə alınmışdı. Ölkədə 3 ildir cinayətkarlıq ardıcıl olaraq artır.

Ölkənin ən kriminal zonaları Ontario və Britaniya Kolumbiyası əyalətləri hesab edilir. Ötən il Ontarioda 277, Britaniya Kolumbiyasında 125 qətl qeydə alınıb.