Gülşən yenidən polis bölməsində VİDEO


Şou-biznes 07 Okt 2022 03:44:00 124 0

Gülşən yenidən polis bölməsində  VİDEO

Türkiyənin pop ulduzu Gülşən Çolakoğlu səhər saatlarında Levent polis bölməsinə gəlib.

Son.az bizim media-ya istinadən xəbər verir ki, ev dustaqlığından azad edilən və yalnız ölkədən çıxışına qadağa qoyulan müğənni bu gün səhər saatlarında polis bölməsinə yaxınlaşaraq imza atıb. Jurnalistlər Gülşəndən müsahibə almaq üçün yaxınlaşsalar da pop ulduz onlarla salamlaşaraq cəld şəkildə avtomobilə əyləşib və bölmənin həyətindən uzaqlaşıb. Qeyd edək ki, aprel ayında konsertində "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" söylədiyi sözlərə görə G.Çolakoğlu avqustun 25-i axşam saatlarında həbs edilib.