76 yaşlı müğənni ƏRƏ GEDİR:
Şou-biznes 27 Dek 2022 14:12:00 194 0
Şer adı ilə tanınan erməni əsilli məşhur müğənni Şerilin Sarkisyan özündən 40 yaş kiçik sevgilisi, repçi Aleksandr Edvardsla evləndiyini açıqlayıb.
Son.az lent.az-a istinadən xəbər verir ki, müğənni bu barədə "Twitter" hesabında məlumat yayıb.
"Pop ilahəsi" adlandırılan ifaçı iri brilyant qaşlı üzüyünün fotosunu paylaşaraq "Artıq sözə ehtiyac yoxdur, Aleksandr", - o yazıb.
Qeyd edək ki, daha çox pop rok janrında ifa edən Şer həmçinin, "Mask", "The Player", "Faithful" və digər filmlərə çəkilib.
Mənbə: milli.az