Atasının hərbi xidmətdən yayındırmaq istədiyi


Şou-biznes 27 Dek 2022 13:28:00 229 0

Atasının hərbi xidmətdən yayındırmaq istədiyi

"O zamanlar müğənni olmaq fikrim yox idi. Klassik gitarada çalırdım. Sonra əsgərlik vaxtı gəldi. Əsgərliyə məni Moskvadan apardılar".

Son.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan qonaq olduğu "Portret" verilişində deyib.

Sənətçi bildirib ki, gənc yaşlarında atası onu hərbi xidmətdən yayınmasını istəyib.

"Azərbaycandır da, qohumlar, dostlar... O zamanlar atamın yaxın dostu respublikanın hərbi komissarı Murtuz Quliyev idi. Allah ona rəhmət eləsin. Onu çox yaxşı tanıyırdım. Murtuz əmi deyə çağırırdım. Atam isə o zaman İranda idi. Ora atamı tərcümə işləri ilə məşğul olmaq üçün göndərmişdirlər.

O, jurnalist idi. Atam dedi ki, tez Bakıya gəl. Murtuz əmiyə müraciət edək səni əsgərlikdən saxlayaq. Getmərsən əsgərliyə. Cavab olaraq söylədim ki, kişi deyiləm? Gedib xidmət edərəm. Məni yalandan niyə xəstə edirsiniz. Amma mən əsgərliyə Rusiyada getdim".

Sərxan müsahibəsində həmçinin söyləyib ki, gitarada ifa edərək səsinin olduğunu kəşf edib:

"Hərbi xidmətimi başa vurdurduqdan sonra musiqi ilə məşğul olmağa davam etdim. Gitara ispan alətidir. İspanların da çox gözəl mahnıları var. Serenadaları ifa etməyə başladım. Dedim ki, necə gözəl nəğmələrdir.