SEPAH Şəbnəm Tovuzlunu casus elan etmək istəyir?
Şou-biznes 27 Dek 2022 13:06:00 214 0
Azərbaycan müğənnisi Şəbnəm Tovuzlunun İrana səfər etməsi barədə xəbər vermişdik.
İki gündür İran mediası və bu ölkənin sosial şəbəkə istifadəçiləri Şəbnəm Tovuzlunun İran səfəri ilə bağlı müxtəlif paylaşımlar edirlər.
SEPAH-a məxsus teleqram kanalları isə Azərbaycan müğənnisi Şəbnəm Tovuzlunun İrana səfərini siyasiləşdirməyə cəhd edir.
Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Təbriz-Turan" TV məlumat yayıb.
Mənbə: milli.az