Ağdama köç bu tarixdən başlayacaq


Digərləri 05 Okt 2022 14:00:00 111 0

Ağdama köç bu tarixdən başlayacaq

2025-ci ildən soydaşlarımızı doğma Ağdam şəhərinə köçürəcəyik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin​Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, gələn ilin sonuna əsas tikinti layihələri başlayır. "Ümid edirik ki, bu layihələrin hamısı, ən vacib olaraq, şəhərin tarixi-mədəni mərkəzi ilə bağlı tikililər, yaşayış məhəllələri, mədəniyyət müəssisələri, inzibati mərkəz, sosial təsisatlar, uşaq bağçası, parklar, yəni həyat üçün tələb olunan bütün sosial infrastruktur layihələri 2024-cü ilin sonuna qədər tamamlanaraq istifadəyə veriləcək", - deyə o bildirib.