Uşağı dürtüb deyir ki, müxbirlər sual versə, dinmə


Digərləri 05 Okt 2022 11:09:00 90 0

Uşağı dürtüb deyir ki, müxbirlər sual versə, dinmə

Dünən məlum video ilə bağlı Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbin önündə xeyli izdiham var idi. Son.az xəbər verir ki, lent.az-ın təqdim etdiyi kimi də hadisədən xəbər tutan valideynlər, babalar, nənələr məktəbə axın edirdilər. Burada problem yoxdur, təbiidir. Məsələdən ciddi mənada narahat olan və məsələnin müzakirədə qalması üçün can atan şəxslər mediaya dərdlərini danışırdılar, hadisə barədə narahat olduqlarını dilə gətirirdilər. Amma həmin izdihamın arasında say nisbəti digərlərindən az olmayan və diqqətimi çəkən başqa şəxslər də var idi. Onlar məsələdən narahat olan, məktəbdəki bütün problemləri bilən, amma danışmayan şəxslər idi.

Onlar valideyn, nənə, baba və ya şagirdlərin hansısa yaxın qohumları idi. Amma onlar yanlarındakı uşaqlara: "Bax, desələr ki, məktəbdə nəsə problem yaşamısan? cavab ver ki, yox, mənim heç nədən xəbərim yoxdur" - deyirdilər. Onlar həmin uşaqları dürtüb xəbərdarlıq edirdilər ki, müxbirlər sual versələr, cavab verməyin. Eyni zamanda həmin "onlar" olan tərəf məktəblə bağlı bütün dərdlərini, demək istədiklərini bir ara cəsarət tapıb deyirlər, amma xahiş edirsən ki, "gözləyin, dediklərinizi görüntüyə alım" və bu anda "yox, yox xahiş edirəm, bu qaydada danışım" cavabını verirlər. Səbəbini soruşduqda isə deyirdilər ki, "mediaya danışmağa ərim narazıdır", "məktəb rəhbərliyi ilə problem yaşayaram", "adım və görüntüm olmasın, səsim getsin" və s.

Aydın məsələdir ki, bununla bağlı heç bir məcburiyyət yoxdur. Həmin şəxslər mediaya danışmaq istəməyə bilərlər. Amma bu qədər insanın məktəblə bağlı narahatlıqlarının olması və aşkar problemləri dilə gətirməmələri qəribədir. Həmin valideynlər susqunluqlarını və biganəliklərini öz övladlarına da ötürürlər. Eyni ənənəni valideynlərindən görmüş valideynlər özləri kimi generasiyanın yetişməsinə təkan verirlər. Bir gün ayılırlar ki, robot kimi yaşayan övladları var. Onlar susurlar, susurlar və yenə də susurlar. Yuxarıda da qeyd etdiyim həmin "onlar" bu psixologiya ilə böyütdükləri övladlarından dərdlərini, problemlərini eşitmirlər. Buna da özləri şərait yaradırlar. Hazırda məktəblərdə bilmədiyimiz bu tip hadisələr hələ də yaşanır, hətta, bu hadisədən daha da ciddi olan, şagirdlərin sağlamlığına təhlükə ola biləcək mövzular da var. Bunu çoxumuz bilirik. Açın hər hansısa aparıcı xəbər saytını və son bir ildə "məktəb" sözü üzrə çıxan xəbərləri analiz edin. 90% problemli mövzular barədə işıqlanan və ciddi hadisələrdir.

Cəmiyyət məktəbdən və ailədən formalaşır. Hər ikisində də boşluq varsa, bu tip hadisələr çox olur. Qınadığınız gəncliyi özünüz yaradırsınız.

Kütləvi məzarlıqda aşkarlanan 12 meyit Azərbaycan hərbçilərinə məxsusdur like
  • 05 Okt 11:00  
Siyasət Kütləvi məzarlıqda aşkarlanan 12 meyit Azərbaycan hərbçilərinə məxsusdur

Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan 12 meyi

arrow Ətraflı
Goranboyda avtomobil aşıb, ölən var like
  • 05 Okt 10:58  
Digərləri Goranboyda avtomobil aşıb, ölən var

Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

arrow Ətraflı
Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilirmi? like
  • 05 Okt 10:52  
Digərləri Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilirmi?

Bu gün yerli vaxtla saat 04:21-də Naxçıvan stansıyasından 80 km cənub-qə

arrow Ətraflı
Nazir 150 mindən çox müəllimə SMS göndərdi like
  • 05 Okt 10:47  
Digərləri Nazir 150 mindən çox müəllimə SMS göndərdi

Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər G

arrow Ətraflı
Edilli kəndində qazıntı işləri davam etdiriləcək  Dövlət Komissiyası like
  • 05 Okt 10:42  
Digərləri Edilli kəndində qazıntı işləri davam etdiriləcək Dövlət Komissiyası

Dövlət başçısının tapşırığı əsasında Əsir və itkin düşmüş, g

arrow Ətraflı
17 yaşlı oğlan çayxanada qəfil öldü  FOTO like
  • 05 Okt 10:32  
Digərləri 17 yaşlı oğlan çayxanada qəfil öldü FOTO

Mingəçevirdə 17 yaşlı oğlan qəfil vəfat edib.

arrow Ətraflı
Bu şəxslərin pensiyaları like
  • 05 Okt 10:25  
Digərləri Bu şəxslərin pensiyaları

Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin

arrow Ətraflı
"Çarlinin mələkləri"nin aktrisası vəfat etdi like
  • 05 Okt 10:22  
Şou-biznes "Çarlinin mələkləri"nin aktrisası vəfat etdi

Aktrisa və yazıçı Coan Hotçkis vəfat edib.

arrow Ətraflı
Kapital Bank sahibkar olan fiziki şəxslərə onlayn kredit təklif edir like
  • 05 Okt 10:16  
Digərləri Kapital Bank sahibkar olan fiziki şəxslərə onlayn kredit təklif edir

Kapital Bank hər zaman yeni və rahat xidmətləri müştərilərə təqdim ed

arrow Ətraflı
“Sülh müqaviləsi 1 aya imzalanacaq...” like
  • 05 Okt 10:11  
Digərləri “Sülh müqaviləsi 1 aya imzalanacaq...”

Erməni mediası da İrəvana ayrılan vaxt limitinin bitmək üzrə olduğunu y

arrow Ətraflı
MEDİA və DHAnın rəhbər heyəti arasında görüş keçirilib  FOTO like
  • 05 Okt 09:52  
Digərləri MEDİA və DHAnın rəhbər heyəti arasında görüş keçirilib FOTO

Medianın İnkişafı Agentliyində (MEDİA) Demirören İnformasiya Agentliyini

arrow Ətraflı
"Sənin ucbatından bütün pullarımı itirdim" like
  • 05 Okt 09:48  
Şou-biznes "Sənin ucbatından bütün pullarımı itirdim"

"İnsanda şans olmalıdır. Milyon dənə mahnı oxuyursan, heç tutmur. A

arrow Ətraflı