Avtomobil ağaclara çırpılıb, xəsarət alanlar var


Digərləri 02 Okt 2022 23:59:00 87 0

Avtomobil ağaclara çırpılıb, xəsarət alanlar var

Xaçmaz-Xudat magistral yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"a istinadən bildirir ki, Xaçmazın Nərəcan kəndində "Opel" markalı avtomobilin sürücüsü idarətməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaclara çırpılıb.

Qəza zamanı sərnişinlər - 1992-ci il təvəllüdlü Günel Rafiq qızı Fərəcova, 2000-ci il təvəlludlü Milana Ceyhun qızı Axundova və 2003-cü il təvəllüdlü Aysu Ceyhun qızı Nuriyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.