Goranboyda iki minik avtomobili toqquşub


Digərləri 02 Okt 2022 11:11:00 95 0

Goranboyda iki minik avtomobili toqquşub

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ " markalı minik maşınları toqquşub. Qəza zamanı 31 yaşlı Fərrux Orucov hadisə yerində ölüb. 34 yaşlı Zamiq Həsənov, 31 yaşlı Fəxri Novruzov, 39 yaşlı Fədai Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.