“Ən böyük cəzanı almağınızı istəyirəm”


Şou-biznes 22 Sen 2022 19:01:00 100 0

“Ən böyük cəzanı almağınızı istəyirəm”

"Dünya öz cizgisindən çıxıb. Bu necə rahatlıq? İnsan canı bu qədər asan alınır".

Son.az olay-a istinadən xəbər verir ki, bu sözləri instaqramda müğənni Günel Zeynalova paylaşıb. O, son zamanlar ölkəmizdə və dünyada baş verənlərdən söz açıb:

"Qadınlar Allahın əmanətidir. Bunu bilməyən cahillər, Allaha da inanmırsınız? Sizi yaradan kimdir? Yaradan yaratdı, amma ən böyük cəzanı yaşamağınızı  istəyirəm. Savaş. Əsgərlərimiz, qardaşlarım, analarımız... Cənnət anaların ayaqları altındadır. Necə canları yanır, amma vətən sağ olsun deyirlər".