Rusiyalı tanınmış aparıcı təhlükəli dırmanışdan sonra xəstəxanaya yerləşdirilib


Digərləri 22 Sen 2022 18:28:00 134 0

Rusiyalı tanınmış aparıcı təhlükəli dırmanışdan sonra xəstəxanaya yerləşdirilib

Rusiyalı tanınmış model və aparıcı Viktoriya Bonya Himalay dağlarında Manaslu zirvəsinə dırmanışdan sonra xəstəxanaya yerləşdirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bloqer özünün "Instagram" hesabında məlumat verib.

"Ağciyərlərin rentgeni üçün Katmanduya yollandım. Kəskin öskürəyə görə məni müayinə üçün xəstəxanaya göndərdilər...", - deyə bildirən model Nepalın paytaxtındakı xəstəxanadan şəkil paylaşıb.