Təkərə hava vuran şəxs ölüb


Digərləri 22 Sen 2022 16:47:00 91 0

Təkərə hava vuran şəxs ölüb

Abşeronda yük avtomobilininin təkərini təmir edən şəxs faciəvi şəkildə ölüb.

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bədbəxt hadisə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsində baş  verib.

Təkər təmiri işləri aparan zaman ehtiyatsızlıqdan yük avtomobilin təkərində sıxılmış havanın partlaması nəticəsində Nazim Abdulxalıqov  hadisə yerində ölüb.

Baş verən hadisə avtomobil təkərlərinə vurulan hava zamanı bədbəxt hadisələrin baş verməməsi üçün hansı məqamlara diqqət etməyin vacibliyini ortaya çıxarır.

Ustaların sözlərinə görə, təkər təmiri zamanı bir necə məqama fikir vermək vacibdir.

Təkərə hava vurmamışdan əvvəl  onun vəziyyətinə baxmaq və hava tutumunu düzgün tənzimləmək lazımdır.

Avtomobil ustaları belə vəziyyətdə işçilərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirir.

Ustalar həmçinin avtomobilərin təkərlərlərinə vaxtında qulluq etməyi və zamanında dəyişməyi məsləhət  görürlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: