"Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem aradan qaldırılır


Digərləri 21 Sen 2022 19:27:00 128 0

"Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem aradan qaldırılır

Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

Problemin aradan qaldırılması üçün işlər aparılır.

"Bakcell" şirkətindən Son.az-a verilən məlumata görə, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb: "Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əvlavə məlumat veriləcək".