Qeyrineftqaz sektorunda artım sürətlənib


Digərləri 21 Sen 2022 11:40:00 115 0

Qeyrineftqaz sektorunda artım sürətlənib

Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, bu ilin yanvar-avqust aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 84 mlrd. 880,4 mln. manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,3% artaraq 43 mlrd. 303,5 mln. manat olub:

" Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-avqust aylarına nisbətən cəmi 5,7% artmışdı", - M.Cabbarov deyib.

Son.az