"Kreml Rusiyanın mövcud qüvvələrinin Ukraynanı fəth etmək üçün kifayət olmadığını anlayır"


Dünya 21 Sen 2022 09:53:00 113 0

"Kreml Rusiyanın mövcud qüvvələrinin Ukraynanı fəth etmək üçün kifayət olmadığını anlayır"

"Rusiyada anlayırlar ki, mövcud Rusiya qüvvələri Ukraynanı fəth etmək üçün kifayət deyil".

Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, bir sıra ərazilər üçün nəzərdə tutulan referendum planı bunun göstəricisidir:

"Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində Rusiyanın təyin etdiyi rəsmilər sentyabrın 20-də Rusiyaya qoşulmaq üçün "referendum" keçirəcəklərini və səsvermənin 23-27 sentyabr tarixlərində keçiriləcəyini açıqladılar. Kreml bu saxta referendumların saxtalaşdırılmış nəticələrindən istifadə edərək Ukraynanın işğal olunmuş bütün hissələrini qanunsuz ilhaq edəcək. Çox güman ki, Donetsk, Xerson və Zaporojye vilayətlərinin işğal olunmamış hissələri də Rusiyanın bir hissəsi elan ediləcək. Kremlin ilhaq planları ilk növbədə daxili auditoriyaya yönəlib".

Məlumata görə, Ukrayna və Qərb liderləri gözlənilən referendumla bağlı adekvat addımlar atıblar: