Xaricdə təhsil adı ilə dələduzluq


Digərləri 21 Sen 2022 09:56:00 98 0

Xaricdə təhsil adı ilə dələduzluq

Son illər ölkənin ali məktəblərinə aparılan qəbul imtahanlarında zəif nəticə göstərən abituriyentlər, bir qayda olaraq, xarici ölkələrin universitetlərində "əlverişli təhsil" təklifləri edən şirkətlərə üz tuturlar. Bu təhsil maklerləri azərbaycanlı gənclərdən aldıqları yüksək məbləğdə vəsait hesabına 4 il ərzində onların bütün təhsil problemlərini də "həll etməyi" öz üzərlərinə götürürlər. Sonda isə ölkə sərhədlərindən çıxmayan həmyerlilərimizə xarici universitetlərinin diplomlarını təqdim edirlər. Bu diplomların əksəriyyəti isə sonradan tanınmır.

Bəs bu cür təhsil vəd edən şirkətlərə inanmaq nə dərəcə doğrudur?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, xaricdə attestatla təhsil vəd edən şirkətlərə inanmaq xeyli risklidir.

"Xaricdə təhsil adı ilə göndərilən gənclər məzun olduqdan sonra onların diplomlarının tanınmasında kifayət qədər problemlər yaşanır. Açığı, ciddi universitetlər xarici tələbələri beynəlxalq imtahanların nəticələrinə görə qəbul edirlər. Xaricdə təhsilə attestatla gedən gənclər kimlər olur? Onlar burada Dövlət Imtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında kifayət qədər aşağı nəticə əldə edən gənclərdir. Onların xeyli hissəsilə ünsiyyətim olub. Ən yaxşı halda təhsil üçün Türkiyəyə gedirlər, amma təhsil ala bilmirlər. Bir çoxu təhsili yarımçıq qoyub geri dönür, bəzisi oxumaqda çətinliklə qarşılarılar ondan sonraki dönəmlərdə Azərbaycana yerdəyişmə etmək istəyirlər, bir qismi Ukrayna, Belarus, Rusiya, Gürcüstana təhsil adı ilə gedirlər və o məzunların əksəriyyəti növbəti mərhələdə diplomlarını tanıda bilmirlər. O şirkətlərin vədləri çox acınacaqlıdır. Bu cür şirkətlər Azərbaycanda kifayət qədərdir. Dərs ilinin başlamasına baxmayaraq, hələ də attestatla xaricdə təhsil adı ilə o bazar davam edir və təəssüf ki, o şirkətlərin vədlərinə inanan insanlar kifayət qədərdir. Bu baxımdan insanlar diqqətli olmalı və bu şirkətlərin vədlərinə aldanmamalıdır. Həmçinin övladlarının 4-5 ilinin boşa getməsinə yol verməməlidirlər. Hətta bəzən həmin universitetlər diplomların tanınması ilə bağlı bir problemin yaşanmayacağını vəd edirlər. Amma insanlar o problemlə üzləşdiklərində şirkətlər məsuliyyəti öz boyunlarından atırlar. Gənclərimizi diqqətli olmağa və sonrakı aqibətlərini əvvəlcədən düşünməyə çağırıram", - deyə İ.Orucov əlavə edib.

Təhsil eksperti Kamran Əsədov isə Trend-ə açıqlaması zamanı bildirib ki, ali məktəblərə qəbulun nəticələrinin elan olunması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb.

"Xarici ölkələrə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar. Onlardan bir qrupu qəbul imtahanlarında topladıqları balları yerli ali məktəblərə qəbul olmağa imkan verməyənlərlədir ki, bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstanın universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta nüfuzlu ixtisaslarda təhsil alsalar belə, qeyri-qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə-iqtisadiyyat kimi ixtisaslara daha çox üstünlük verirlər.

İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar.

Azərbaycanda xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar. Sadəcə olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbəttə ki, bu hüquq pozuntusu deyil. Sadəcə olaraq valideynlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də, istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər", - deyə K.Əsədov bildirib.

Ekspert vurğulayıb ki, insanların çoxunu təhsil yox, diplom düşündürür. Buna görə də onlar imtahansız xaricdə "təhsil" fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çox vaxt bu cür diplomlar tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havaya getmiş olur", - deyə ekspert əlavə edib.

Abşeronda Filippin vətəndaşı evində ölü tapıldı like
  • 21 Sen 09:42  
Digərləri Abşeronda Filippin vətəndaşı evində ölü tapıldı

Abşeronda Filippin vətəndaşı evində ölü tapılıb.

arrow Ətraflı
Bakıda universitetin bufetində tələbələrə stulda oturmaq qadağan edilib like
  • 21 Sen 09:31  
Digərləri Bakıda universitetin bufetində tələbələrə stulda oturmaq qadağan edilib

Odlar Yurdu Universitetinin bufetində stullar yığışdırılıb.

arrow Ətraflı
Bakıda sıxlıq olan küçə və prospektlər  Bu avtobuslar gecikir like
  • 21 Sen 09:24  
Digərləri Bakıda sıxlıq olan küçə və prospektlər Bu avtobuslar gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına

arrow Ətraflı
Aysel əməliyyat olunub like
  • 21 Sen 09:20  
Şou-biznes Aysel əməliyyat olunub

Məşhur bloger Aysel Şükür plastik əməliyyat etdirib. 

arrow Ətraflı
Adam oğurluğu, sifarişli qətllər: Rusiyanı çalxalayan “Ağdam bandası”nın like
  • 21 Sen 09:09  
Digərləri Adam oğurluğu, sifarişli qətllər: Rusiyanı çalxalayan “Ağdam bandası”nın

2009-cu il aprelin 9-da Rusiyanın Leninqrad vilayəti Vsevolojski rayonunda Rı

arrow Ətraflı
Rusiyada bukmeker kontorları bağlanır like
  • 21 Sen 09:08  
Digərləri Rusiyada bukmeker kontorları bağlanır

Rusiyadakı mərc obyektlərində gəlirlərin kəskin azalması onların kütl

arrow Ətraflı
Bahalaşmaya hazır olmalıyıq like
  • 21 Sen 09:06  
Dünya Bahalaşmaya hazır olmalıyıq

Gələn il enerji və gübrələrin bahalaşması baxımından daha çətin ola

arrow Ətraflı
Çavuşoğlu Berbok ilə görüşüb like
  • 21 Sen 08:59  
Dünya Çavuşoğlu Berbok ilə görüşüb

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Annal

arrow Ətraflı
"Ermənistan özünü qurban kimi göstərməklə..." like
  • 21 Sen 08:54  
Siyasət "Ermənistan özünü qurban kimi göstərməklə..."

Kolumbiyanın nüfuzlu rəqəmsal KİV-dən olan "Las2Orillas" qəzeti

arrow Ətraflı
Ərdoğan Lapidlə görüşüb like
  • 21 Sen 08:49  
Dünya Ərdoğan Lapidlə görüşüb

BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Türkiyə Preziden

arrow Ətraflı
Bakıda çağırışa gedən təcili tibbi yardım briqadasına like
  • 21 Sen 08:38  
Kriminal Bakıda çağırışa gedən təcili tibbi yardım briqadasına

Bakının Nizami rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası

arrow Ətraflı
Bakıda sıxlıq olan küçə və prospektlər  SİYAHI like
  • 21 Sen 08:34  
Digərləri Bakıda sıxlıq olan küçə və prospektlər SİYAHI

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi payt

arrow Ətraflı
1 ailənin 5 üzvü yol qəzasında xəsarət alıb like
  • 21 Sen 08:31  
Digərləri 1 ailənin 5 üzvü yol qəzasında xəsarət alıb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
İranda etiraz aksiyalarında like
  • 21 Sen 08:28  
Dünya İranda etiraz aksiyalarında

İranda etiraz aksiyalarının yatırılması üçün polis atəş açmağa baş

arrow Ətraflı