Azərbaycan snayperləri İranda atəş açmaq üzrə çalışmanı yerinə yetiriblər


Digərləri 17 Avq 2022 12:22:00 142 0

Azərbaycan snayperləri İranda atəş açmaq üzrə çalışmanı yerinə yetiriblər

"Beynəlxalq Ordu Oyunları - 2022" yarışları çərçivəsində İranın Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində plana uyğun birinci mərhələnin ilk çalışması icra edilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, atışlar zamanı bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunub.

Snayperlərimiz təyin olunmuş vaxt ərzində 300-600 metr məsafədə yerləşən üç hədəfə atəş açmaq üzrə çalışmanı bacarıqla yerinə yetiriblər.