Məşhur rejissor vəfat edib


Dünya 17 Avq 2022 07:07:00 118 0

Məşhur rejissor vəfat edib

"Troya" və "Bitməyən hekayə" filmlərinin almaniyalı rejissoru Volfqanq Petersen 81 yaşında vəfat edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "variety.com" nəşri məlumat yayıb.

Petersen altı Oskar mükafatına namizəd olub.

Rejissor mədəaltı vəzi xərçəngindən öz iqamətgahında dünyasını dəyişib.

Almaniyalı rejissor "Troya", "Prezidentin təyyarəsi", "Bitməyən hekayə", "Qayıq" və digər filmləri ilə tanınır.

O, Hollivudda ilk dəfə "Qayıq" filmi ilə tanınıb.