Yoluxanların sayı açıqlandı


Digərləri 16 Avq 2022 22:58:00 126 0

Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 549 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölüm baş verməyib.

Azərbaycanda indiyədək ümumilikdə 805 762 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 792 765 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 220 nəfərdir.

Ölkədə son sutka ərzində 4372, hazırkı dövrədək isə 7 101 524 test aparılıb.