İrəvanda partlayışda ölənlərin


Dünya 16 Avq 2022 07:25:00 88 0

İrəvanda partlayışda ölənlərin

Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş verən partlayışdan sonra dağıntılar altından daha iki nəfərin meyiti aşkarlanıb.

Bunu özünün "Facebook" səhifəsində Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi yazıb.

Onun sözlərinə görə, ölənlərin sayı 10 nəfərə çatıb. Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, avqustun 14-ü İrəvandakı "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Partlayış nəticəsində 10 nəfər həlak olub, 61 nəfər isə xəsarət alıb. Bundan əlavə, 2-si İran və 1-i Rusiya vətəndaşı olmaqla 18 nəfər itkin düşüb.