3 nəfər


Digərləri 15 Avq 2022 23:23:00 175 0

3 nəfər

Göyçay rayonunda 3 nəfər dağlıq ərazidə itkin düşüb.

Son.az APA-ya istinadən bildirir ki, bu gün axşam saatlarında Göyçay sakinləri, şəhərin Şimal istiqamətindəki dağlıq ərazidə itmiş qoyunlarını axtararkən dərəyə düşüblər.

Köməksiz vəziyyətdə qalan şəxslər FHN-in "112" qaynar xətt mərkəzinə məlumat veriblər.

Hadisə yerinə cəlb edilən xilasedicilər hazırda itkin düşən şəxslərin tapılaraq çıxarılması üçün əməliyyat tədbirləri həyata keçirir.

Əlavə məlumat veriləcək.