Ostin də koronavirusa yoluxdu


Dünya 15 Avq 2022 22:04:00 167 0

Ostin də koronavirusa yoluxdu

Pentaqon rəhbəri Lloyd Ostin koronavirusa yoluxub.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə L.Ostinin özü açıqlama yayıb.

O bildirib ki, koronavirusla bağlı test nəticəsi müsbət çıxıb və bu səbəbdən özünütəcrid rejiminə keçir.

Məlumata görə, onun ABŞ Prezidenti Co Baydenlə yaxın təması sonuncu dəfə 29 iyulda olub.