Roza Zərgərli oğlunu buna görə döyüb


Şou-biznes 15 Avq 2022 15:45:00 89 0

Roza Zərgərli oğlunu buna görə döyüb

"Səkinə İsmayılova ilə eyni binada yaşayırıq. Bir dəfə onu götürdüm getdik. Yoldan isə qızım Bənövşə və oğlum Corcu (oğlu, aktyor Corc Qafarov - red.) götürdüm. Corc döndü ki, xanım, siz nə işlə məşğulsunuz?".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Gündən-günə" proqramında deyib. Sənətçi Xalq artisti Səkinə İsmayılovanı tanımayan oğlu Corc Qafarovu döydüyünü söyləyib:

"İstədim nəsə deyim, o da əlini qaldırdı ki, sus. Qayıtdı ki, tanımadın? Corc dedi, tanımadım. Bənövşə dedi ki, anam bizim teatra aparırdı, operada oxuyan xanım. Corc dedi ki, tanımamaq eyib deyil, soruşdum, bildim. Səkinə xanım dedi ki, uşağın adı nədir? Söylədim, Corc. Cavab verdi ki, uşağa Corc adı qoyanda bilmirdin Hollivuddakıları tanıyacaq, bizimkiləri yox. Corcu danladım, döyməyə qədər gəlib çatdım. Bir sənətçinin ailəsində övladı görkəmli sənətkarı tanımırsa, başqalarından nə gözləyək?".