Səkkiz ev və iki avtomobil partladılıb: 7 ölü, 28 yaralı


Dünya 15 Avq 2022 08:57:00 115 0

Səkkiz ev və iki avtomobil partladılıb: 7 ölü, 28 yaralı

Ekvadorun liman şəhəri olan Quayakildə baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb, 28 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, səhər saatlarında baş vermiş hadisə zamanı səkkiz ev və iki avtomobil partladılıb.

Ekvadorun daxili işlər nazirinin sözlərinə görə, bu, silahlı dəstələr tərəfindən hökumətə qarşı müharibənin elan edilməsi deməkdir.

Bu hadisədən sonra Ekvadorun insanların ən sıx məskunlaşdığı Quayakil şəhərində fövqəladə vəziyyət elan edilib.