Portuqaliyada yanğın milli parkın bir hissəsini


Dünya 11 Avq 2022 08:58:00 145 0

Portuqaliyada yanğın milli parkın bir hissəsini

Portuqaliyanın Serra de Estrela milli parkında 5 gündür davam edən meşə yanğınlarını nəzarət altına almaq mümkün olmur.

Son.az APA-ya istinadən xəbər verir ki, dağlıq zonada yerləşən milli parkda yanğını söndürmək üçün mindən çox şəxsi heyət və texnika səfərbər olunub.

İlkin məlumata görə yanğın 3 min hektardan çox ərazini məhv edib, 4 yanğınsöndürıənin xəsarət almasına səbəb olub.