Xəzərdə 1 nəfər xilas olunub
Digərləri 11 Avq 2022 07:25:00 100 0
Bu gün batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Şüvəlan" sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
Mənbə: milli.az