Antonio Banderas yeni filmdə kriminal avtoritet rolunu canlandıracaq


Digərləri 10 Avq 2022 23:19:00 147 0

Antonio Banderas yeni filmdə kriminal avtoritet rolunu canlandıracaq

Hollivud ulduzu Antonio Banderas "Banşinin qisası" trillerinin yaradıcıları ilə əməkdaşlığı davam etdirərək yeni "Clean-Up Crew" filmində kriminal avtoritet roluna çəkiləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Yale Entertainment"in ərsəyə gətirdiyi filmdə əsas rolları Antonio Banderasla birlikdə Conatan Riz Meyers və Melissa Leo canlandıracaqlar. Filmin rejissoru Con Keyes, ssenari müəllifi isə Metyu Rocersdir.

Ekran əsərində cinayətkar aləmin təmizlənməsindən bəhs edilir. Film qəhrəmanlarının qarşılaşdıqları hadisələr onları kriminal avtoritetlərlə və korrupsiyalaşmış hökumət agentləri ilə üz-üzə qoyur. C.R.Meyers və M.Leo təmizləmə qrupunun liderləri, A.Banderas isə kriminal avtoritet rolunu canlandırır.

Qeyd edək ki, ekran əsəri 2022-ci ilin sentyabrında Toronto film festivalında təqdim ediləcək.