Tələbə faciəvi şəkildə ölüb


Dünya 10 Avq 2022 19:42:00 137 0

Tələbə faciəvi şəkildə ölüb

Böyük Britaniyanın Kornuoll şəhərindən olan 20 yaşlı tələbə Edvard Hyuzun ölümünə səbəb olan yanğının ehtimal olunan səbəbi noutbukun batareyasının yanması olub.

Son.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Hadisə 2021-ci il avqustun 29-da mərhumun anasının evində baş verib. Qəzalı vəziyyətdə olan binanın yerində plastik qaynaq aparatı, bir neçə uzatma kabeli və noutbukun yanmamış hissəsi aşkar edilib. Koronerin qənaətinə görə, onların heç birini birmənalı olaraq yanğının səbəbi adlandırmaq olmaz. Bununla belə, o, yanğın zamanı noutbukun batareyasının partlaya biləcəyini deyib. Bu da yanğının başlanmasına və sonra evin digər hissələrinə keçməsinə səbəb olub.

Tibbi ekspertiza Hyuzun ölümünə səbəb kimi tüstüyə məruz qalmağı göstərib. Mərhumu aşkar edən zaman xilasedicilər onun bədəninin altında yataq yayları aşkar ediblər. Görünür, yanğın Hyuz dərin yuxuda olarkən başlayıb və ona görə də vaxtında yanan binadan kişi çıxa bilməyib.

Yanğınsöndürmə üzrə müstəntiq Ceyson Din bildirib ki, yanmış noutbukun dörd batareyasından biri hadisə yerində tapılmayıb. Onun sözlərinə görə, litium batareyaları çox qeyri-sabitdir, onlar partlaya və alovlana bilər ki, bu da yanğının sürətlə yayılmasına səbəb olur.

İrfan Vəliyev Son.az