Makqreqordan arvadına İbizada unudulmaz doğum günü SÜRPRİZİ FOTO


Şou-biznes 10 Avq 2022 19:56:00 174 0

Makqreqordan arvadına İbizada unudulmaz doğum günü SÜRPRİZİ  FOTO

Keçən ay 34 yaşını qeyd edən "UFC" ulduzu Konor Makqreqor İbizada arvadına unudulmaz doğum günü "parti"si keçirib. 

Son.az bizim media-ya istinadən xəbər verir ki, Makqreqor məclisdə nişanlısı Di Devlinlə çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında paylaşıb. 

İdmançı dağlarda əsl romantik şam yeməyi hazırlayıb. O, məkanı şarlar, şamlar və qızılgül ləçəkləri ilə bəzədib, həmçinin Diyə dəbdəbəli dizayner buketi hədiyyə edib.

Əlbəttə ki, bir neçə mərtəbəli tort və şampan doğum günü gecəsinin ayrılmaz təamı olub.