İki avtomobil toqquşub, xəsarət alanlar var


Digərləri 10 Avq 2022 08:51:00 125 0

İki avtomobil toqquşub, xəsarət alanlar var

Şabran rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"a istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1990-cı il təvəllüdlü Sultanov Sənan Sultan oğlu və 2010-cu il təvəllüdlü Həmidova Leyla Mehəddin qızı xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər.

Hadisənin təfərrüatı araşdırılır.