Qadın baqajındakı təhlükəli əşyaya görə təyyarədən qovuldu


Digərləri 09 Avq 2022 13:52:00 149 0

Qadın baqajındakı təhlükəli əşyaya görə təyyarədən qovuldu

Avstraliyalı turist havaya qalxmazdan bir müddət əvvəl "Jetstar" təyyarəsindən uzaqlaşdırılıb, çünki təhlükəsizlik xidməti onun baqajında ​​təhlükəli əşya daşıdığından şübhələnib.

Son.az bildirir ki, bu barədə News.com.au yazır.

Kler Vertannesin sözlərinə görə, Sidneydən Pertə uçmağa hazırlaşanda ona stüardessa yaxınlaşıb. Sərnişin əvvəlcə onu ekonom sinifdən biznes-klassa keçirmək istədiklərini düşünsə də, əslində ondan təyyarəni tərk etmək istənilib.

Səyahətçiyə bunun zəruri tədbir olduğu bildirilib, çünki yoxlama zamanı onun çamadanında litium-ion batareyası olan telefon üçün portativ şarj cihazı tapılıb. Amma qız qeyd olunan əşyanı baqaja qoymadığını iddia edib.

İkinci yoxlamadan sonra məlum olub ki, həyəcan siqnalı həqiqətən də yalan olub, lakin Vertannesin yenidən uçuşa qayıtmağa vaxtı olmayıb - təyyarə artıq yola düşüb. Aviaşirkət işçiləri turistə ertəsi gün uçuş üçün bilet almağı təklif ediblər, lakin sonradan ona eyni gün səkkiz saat fərqlə uçan təyyarədə pulsuz yer veriblər.

Vertannes qeyd edib ki, onun "bədbəxtlikləri bununla bitməyib". Pertə uçarkən o, başqasının piroqu üçün 10 dollar ödəməli olub, çünki sərnişinlərdən biri hesabı onun adına yazdırıb.

Nəticədə, portalın məlumatına görə, aviadaşıyıcı ilə uzun sürən proseslərdən sonra avstraliyalı yenə kompensasiya - 350 dollarlıq vauçer, həmçinin 116 dollar nağd pul ala bilib.

İrfan Vəliyev Son.az