Aynişan Quliyeva: "Sürücülər səsini çıxarmırdı, düşünürmüşlər ki, bu qız dəlidir"


Şou-biznes 09 Avq 2022 11:30:00 139 0

Aynişan Quliyeva: "Sürücülər səsini çıxarmırdı, düşünürmüşlər ki, bu qız dəlidir"

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

MSon.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, instaqram hesabında sifariş verdiyi taksilərdən danışıb. Aynişan uzun müddətdir sürücülərə həm kartla, həm də nəğd ödəniş etdiyini, lakin bunun fərqində olmadığını bildirib:

"Bir neçə gündür taksidən istifadə edirəm və bu gün bir şey bilmişəm. Neçə gündür, nəğd ödəniş edirəm. Bu gün səhər çağırdığım taksi sürücüsü dedi ki, "xanım, ödəniş kartladır, niyə nəğd verirdiniz?" Cavab verdim ki, yox, nəğd ödəyirəm mən. Taksidən düşən kimi kart hesabına baxdım. Məlum oldu ki, neçə gündür bütün sifarişi həm kartla, həm də nəğd ödəyirmişəm.

Sürücülər səsini çıxarmırdı. Bəzən çox diqqətsiz oluram. Bu mənim səhvimdir. Taksi sürücüləri hər ödənişdən sonra "Allah razı olsun. Min əvəzini versin" deyirdilər. Öz-özümə düşünürdüm ki, 2-3 manat artıq ödəniş etdiyim üçün bu qədər dua edirlər. Necə minnətdar insanlardır. Onlar da, yəqin, düşünürmüş ki, bu qız dəlidir. Ya kartla ödə, ya da ki nəğd... Artıq bir qərara gəl".