Daşınan mobil ev FOTO


Digərləri 08 Avq 2022 23:10:00 296 0

Daşınan mobil ev  FOTO

ABŞ-da keçirilən sərgilərdən birində memar Renzo Reanonun layihəsi ilə tikilmiş mobil ev xüsusilə diqqəti cəlb edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qeyri-adi evin sahəsi 13,4 kvadratmetr olmaqla 26,9 metrədək artırıla bilər.

Yaşayış sahəsinin mərkəzi hissəsində hamam, mətbəx və yataq otağı yerləşir. Ölçülərinə baxmayaraq, mobil evi nəqliyyat vasitələri ilə istənilən yerə daşımaq mümkündür.

Mobil evin tikintisində istifadə edilən materiallar davamlılıq, möhkəmlik və əla keyfiyyəti ilə seçilir.