“Uşaqlarım analarından utanır”


Şou-biznes 08 Avq 2022 17:52:00 298 0

“Uşaqlarım analarından utanır”

Dünyaca məşhur müğənni Britni Spirsin keçmiş həyat yoldaşı Kevin Fidilayn 10 il sonra qalmaqallı açıqlama verib.

Son.az olay-a istinadən xəbər verir ki, o övladlarının anasından utandığını deyib:

"Şon və Ceyden analarını çox istəyir. Amma onu görmək istəmirlər. Britninin çılpaq fotolarını instaqramda görməkdən utanırlar. Toyuna belə getmək istəmirlər. Britninin atası Ceymi Spirs qəyyumluq məsələsində onun həyatını qurtardı".

Sənətçinin də keçmiş ərinə cavabı gecikməyib:

"Onlara hər şeyi vermişəm. İllərlə əziyyət çəkdim. Mən də bir insanam".